Qirgizistan mediasi Eliyevin Qoalinle gorusunden yazdi

23:38 – xeber – Bişkekdəki ca-news portalı Azərbaycan Prezidenti İlham Əliyevin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi ilə əlaqədar material verib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, yazıda deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev görüşdə bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə tərəfdaşı statusunu almasını ŞƏT-na inteqrasiya yolunda ilk addım kimi qiymətləndirir. Bu təşkilatla əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur”.
 
Qeyd olunur ki, ikitərəfli münasibətlərə toxunan İlham Əliyev İpək Yolu infrastrukturlarının yaradılmasında və inkişafında Çinlə birgə fəaliyyətin maraq doğurduğunu bildirib.
 
Portalda dövlətimizin başçısının bu fikirləri diqqətə çatdırılır: “Azərbaycan Çindən Avropaya və əksinə malların daşınmasında mühüm tranzit rolunu oynamağa hazırdır. Bunun üçün ölkəmizdə dəmir yolunun, həmçinin Xəzər hövzəsində ən böyük yeni dəniz limanının inşası və burada azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür və Azərbaycan bu işlərdə Çin şirkətlərinin fəal iştirakında maraqlıdır”.
 
Materialda vurğulanır ki, Prezidenti İlham Əliyev Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə Çin investisiyalarının yatırılmasını alqışlandığını bildirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org