Qenire Pasayeva iordaniyali nazirle gorusdu – Foto

19:30 – xeber – Azərbaycanın millət vəkili Qənirə Paşayeva İordaniyanın mədəniyyət, qədim incəsənət əsərləri və ətraf mühit naziri Nayef Al-Fayez və bu ölkənin millət vəkilləri ilə görüşdə Xocalı soyqırımından, evinə dönə bilməyən köçkün insanlarımızdan danışıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Nayef Al-Fayez və və bu ölkənin millət vəkilləri ilə görüş zamanı Q.Paşayeva bildirib ki, İordaniya Azərbaycan üçün dost, qardaş ölkədir və Azərbaycan xalqı İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirir. Azərbaycan Prezidentinin və parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən Q.Paşayeva İordaniya Senatının Xocalı soyqırımını tanıması, Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və təşəkkürünü bildirib.
 
Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq Nayef Al-Fayez və bu ölkənin millət vəkillərinə Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları snayperlərlə hədəfə alması və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də geniş məlumat verib və fikir mübadiləsi aparılıb.
 
Q.Paşayeva Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar, eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman qardaş İordaniyanın dəstəyinə ehtiyac var.
 
Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən İordaniyanın mədəniyyət, qədim incəsənət əsərləri və ətraf mühit naziri Nayef Al-Fayez və və bu ölkənin millət vəkilləri qeyd ediblər ki, münasibətlərimizin daha da inkişafı məmnunluq doğurur. İordaniyalı nazir və millət vəkilləri bildiriblər ki, əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da genişləndirilmək istqamətində fəaliyyətimizi artırmalıyıq.
 
Görüşün sonunda millət vəkili Q.Paşayeva Nayef Al-Fayez və və bu ölkənin millət vəkillərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" filmləri kataloqunu da hədiyyə edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org