Qelebe Gunu Sumqayitda bele qeyd edildi

22:50 – xeber – İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü mayın 9-da Sumqayıtda da geniş qeyd olunub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbirdə müharibə veteranları, şəhər icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə önünə əklil və gül dəstələri düzülüb.
 
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müharibənin bəşəriyyət üçün dəhşətli nəticələrindən, faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıqlardan, Bakı neftinin müstəsna rolundan danışıb.
 
Çıxış edən veteranlar onlara göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
 
Qələbə Günü münasibətilə keçirilən paradda Milli Ordunun “N” saylı hərbi hissəsinin əsgərləri, “Şahin” hərbi-idman oyununda təmsil olunan şəhər məktəblərinin üç mindən çox şagirdi hərbi orkestrin müşayiəti ilə yürüş ediblər. Yürüş Sumqayıtın on minlərlə sakini tərəfindən böyük maraqla qarşılanıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org