"Qebele" "Qarabag"i meglub etdi

– xeber – Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turuna yekun vurulub.

 

Report-un məlumatına görə, turun son oyununda "Qəbələ" "Qarabağ" klubunu qəbul edib.

 

Qəbələ şəhər stadionunda baş tutmuş görüşə meydan sahibləri fəal başlayıb. Nəticədə oyunun 11-ci dəqiqəsində "qırmızı-qaralar" hesabda önə çıxıb. Filip Ozobiç möhtəşəm zərbə ilə İbrahim Şehiçi məyus edib. Cəmi 3 dəqiqə sonra qonaqlar ikinci dəfə qapılarında top görüblər. Bu dəfə Baqali Dabo Asif Məmmədovun ötürdüyü topu başla tora göndərib. İlk 45 dəqiqə bu hesabla da başa çatıb.

 

İkinci hissəyə isə qonaqlar fəal başlayıb. Buna baxmayaraq, rəqib qapısına yol tapmaq mümkün olmayıb. Oyunun qalan dəqiqələrində qapılara qol vurulmayıb və matç "Qəbələ"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "Qəbələ" Premyer Liqanın ilk dövrəsini 19 xalla birinci pillədə başa vurub. Səfər görüşündən xalsız dönən "Qarabağ" isə 13 xalla 3-cüdür.

Qeyd edək ki, turun digər oyununda "İnter" evdə "Zirə" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. "Sumqayıt" – AZAL oyununda da eyni hesab qeydə alınıb. "Neftçi" isə evdə "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org