17:08 – xeber – Qazaxıstanın Aktobe şəhərinin bir neçə rayonunda atışma gedir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tengrinews.kz saytı məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları şəhərin 3 rayonunda – Filarmoniya, 5-ci mikrorayon və “Pallada” silah mağazasında əməliyyata başlayıb.
Hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.
Qeyri-dəqiq məlumata görə, naməlum şəxslər silah mağazasını qarət ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları insanları evlərindən çıxmamağa çağırıb. Ticarət mərkəzxindəki insanlar təxliyyə olunur.
Hadisə ilə bağlı hələlik rəsmi məlumat verilmir.