11:01 – xeber – Qazaxıstanın Aktobe şəhərindəki obyektlərə hücum edən ekstremistlərdən 13 nəfər öldürülüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın Xarici İşlər Nazirliyinin Mətbuat katibi Almas Sadubayev söyləyib. Onun sözlərinə görə, ekstremistlərdən 4-ü yaralıdır.
O, 7 terrorçunun da axtarışda olduğunu bildirib.
Qeyd edək ki, iki gün öncə Qazaxıstanın Aktobe şəhərindəki bir neçə ticarət obyektinə və hərbi hissəyə hücum olub. Hücum nəticəsində 6 nəfər, o cümlədən 3 hərbçi həlak olub.