Qazaxistan: "Azerbaycana minnetdariq"

– xeber – Bu gün Qazaxıstanda təxminən 10 min azərbaycanlı yaşayır və 16 müxtəlif Azərbaycan mərkəzi fəaliyyət göstərir. Qazaxıstanda azərbaycanlıların öz mədəniyyəti və ənənələrini qoruyub saxlaya bilməsi üçün hər cür şərait yaradılıb.

Report xəbər verir ki, bunu Bakıda "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin üzvləri ilə görüşdə Qazaxıstanın dövlət katibi Gulşara Abdıkalikova deyib.

 

İkitərəfli münasibətlərdən danışan G.Abdıkalikova Azərbaycan və Qazaxıstanın TürkPA, TÜRKSOY, ATƏT və BMT kimi müxtəlif beynəlxalq təşkilatlarda məhsuldar əməkdaşlıq etdiyini bildirib.

 

"Qazaxıstan 2017-2018-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Azərbaycan bizi bütün səviyyələrdə dəstəkləyib, buna görə də Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür edirik", – deyə o qeyd edib.

 

Öz növbəsində, Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev görüşdə çıxış edərək Azərbaycan və Qazaxıstanın bu gün beynəlxalq ictimaiyyətin hörmətli üzvləri olduğunu bildirib. "Bir çox şeyləri sıfırdan etmişik. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan və Qazaxıstanla hesablaşırlar. Böhrana baxmayaraq, bu problemi aradan qaldıracağımıza və müstəqilliyimizin 25-ci ildönümünü layiqli şəkildə qeyd edəcəyimizə əminəm", – deyə o vurğulayıb.

 

Görüşün sonunda Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında göstərdiyi xidmətlərə görə, G.Abdıkalikova "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti tərəfindən fəxri diplomla təltif edilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org