Qaz zavodu partladi, 100 nefer diri-diri yandi

10:57 – xeber – Nigeriyada qaz tankeri partlayıb. Partlayış nəticəsində azı 100 nəfər diri-diri yanıb.

Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, hadisə Nigeriyanın Nnevi şəhərində, səhər saat 11 radələrində Inter Corp Oil limited (LPG Gas Plant) müəssisəsində baş verib. Partlayışdan dərhal sonra başlayan yanğın faciənin böyüməsinə yol açıb.

Hadisə şahidlərinin sözlərinə görə, faciə çənə nasosla qaz vurulan zaman olub. Tankerlərdən biri gərəkli olan soyuma zamanını gözləmədən qazı boşaltmağa başlayıb. Bu zaman hadisə yerində Yeni il bayramı ilə bağlı qaz balonlarını doldurmağa gələn onlarla insan olub.

Nəticədə faciə qurbanlarının sayı dəfələrlə artıq olub. Ölənlər arasında qaz doldurmağa gələnlər, qurumun işçiləri, eləcə də təsadüfən yoldan keçən insanlar da olub. Onların çoxu isə diri-diri yanıb.
Xilasedicilər alovun güclü olması səbəbindən zavoda daxil ola bilməyiblər. Bunun üçün də zavodda hələ onlarla işçinin olduğu güman edilir.


Hadisədən görüntülər

Explosion at chicason gas plant Nnewi pic.twitter.com/O3a9IjlzFE— Mcdonald ezenwa (@makavelli49) 24 декабря 2015

İki il əvvəl də Nigeriyanın neftlə zəngin Delta regionunda yanacaq daşıyan yük maşınının qəzaya uğrayaraq alovlanması nəticəsində 100-ə yaxın adam həlak olub. Polisin məlumatına əsasən, maşın Rivers ştatında aşdıqdan sonra insanlar daşmış yanacağı toplamaq üçün əraziyə axışıblar. Bu zaman Tanker qəfildən alışıb, nəticədə 92 adam ölüb, bir neçə nəfər isə ciddi xəsarət alıb.

Ən böyük insan itkisi isə Nigeriyada 2006-cı ilin bu günü olub. Belə ki, Nigeriyanın Laqos şəhərində boru kəmərinin yanğını yerində 500-dən artıq cəsəd aşkar olunub ki, bunların əksəriyyəti tanınmaz dərəcədə yanıb. Agentliyin hadisə yerində olan fotoqrafı məlumat verib ki, 500-dən 700-dək yanmış cəsəd sayıb.

Nigeriya, Laqos ştatı

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org