13:24 – xeber – Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındırmış 2 azyaşlı saxlanılıb.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındırmış Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb.
Azyaşlılar izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.