Qasirga Gencede ciddi fesadlar toretdi – Video

23:09 – xeber – Ölkədə bir neçə gün davam edən qeyri-sabit hava şəraiti fəsadlar törətməkdə davam edir. Bu dəfə təbiət Gəncəni sınağa çəkib.
 
ANS xəbər verir ki, yağışla müşayiət olunan güclü külək Xan bağını viran qoyub.
 
Xan bağında küləyin təsirindən ağac iaşə obyektinin üzərinə aşıb. Hadisə gecə saatlarına olduğundan xəsarət alan olmayıb.
 
“Güclü külək əsir. Ağac aşdı, vurdu, qırdı aynaları, evin damını. İndi də içəri su damır”, – deyə şəhər sakini Elnur Hüseynov bildirib.
 
Bir neçə saat aramsız yağan yağış nəticəsində Gəncənin Sevinc, Gülüstan qəsəbələrində bəzi evlərin həyət və zirzəmisi su ilə dolub. Suyun altında qalan ev quşları tələf olub.
 
“Toyuğumuz, cücəmiz məhv oldu, bu iki evi də su basıb, qonşunun evini də”, – deyə Gəncə sakini Valeh Salahov bildirir.
 
Sakinlər onlara dəyən ziyan barədə artıq şəhər rəhbərliyini məlumatlandırdıqlarını deyiblər.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org