Qarovulcunu doyduren “Renc Rover”li qadin: ad aciqlandi

23:30 – xeber – Bir neçə gündür medianın gündəmindən düşməyən hadisə barədə yeni təfərrüat ortaya çıxıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Bakının Zərifə Əliyeva küçəsi, 53 ünvanında, “Marriott Absheron” otelinin arxasında yerləşən elit yaşayış kompleksinin həyətində “Rənc Rover” sahibi olan xanımın döydürdüyü qarovulçunun adı açıqlanıb.
 
Virtualaz.org öz mənbələri ilə dəqiqləşdirib ki, döyülən qarovulçu 26 yaşlı Gülüşov Famil Fazil oğludur.
 
Hadisə necə olmuşdu…
 
Hadisə sentyabrın 23-ü, saat 16:00-da baş verib. …003 dövlət nömrə nişanlı “Rənc Rover”lə gələn qadın həmin küçədə parklanma üçün ayrılmış ərazidə boş yer tapmadığından avtomobili yaşayış kompleksinin mühafizə olunan həyətinə sürüb. Qarovulçuya yaxınlıqdakı “Room” mebel mağazasına dəyib qayıdacağını deyib, ancaq oradan çıxıb gözəllik salonuna gedib və gec qayıdıb. Hadisənin şahidlərindən biri danışıb ki, görünür qadın gec qayıtdığından qarovulçu ona irad tutub, yaxud nəsə xoşagəlməz söz deyib.
 
İddiaya görə, bundan sonra qadın kiməsə zəng vurub və çox keçmədən “AA” seriyalı avtomobillə gələn şəxs – qadının əri qarovulçunu xüsusi amansızlıqla və qəddarcasına döyüb, aldığı zərbələrdən qarovulçu küçənin ortasında huşunu itirib. Yaxınlıqdakılardan heç kim müdaxilə etməyib, ancaq təcili yardım çağırılıb. Ağır vəziyyətdə olan qarovulçu xəstəxanaya aparılıb.
 
Famil Gülüşovdur. O, təcili yardım briqadası ilə Bakıdakı 1 saylı Klinik Xəstəxanaya (“Semaşko”) çatdırılıb. Xəstəxanada onun ağır kəllə-beyin travması və digər xəsarətlər aldığı müəyyən edilib. Lakin nədənsə bu cür ağır xəsarətlər almış şəxs ertəsi gün xəstəxanadan çıxıb, ev şəraitində müalicəyə göndərilib.
 
Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, həqiqətən döyülən Gülüşov Famil Fazil oğlu ağır bədən xəsarətləri ilə cərrahiyyə şöbəsinə yerləşdirilib, durumu orta-ağır qiymətləndirilib. Sentyabrın 24-də isə öz istəyi ilə xəstəxanadan çıxıb gedib.
 
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə sayta açıqlamasında mətbuatın hadisəni şişirtdiyini, ucuz sensasiya düzəltməyə çalışdığını vurğulayıb. Onun sözlərinə görə, qadın göz yaşları içində ərinə zəng vurub:
 
“Müəyyən olunub ki, həmin binanın həyətində qeyri-rəsmi mühafizəçiliklə məşğul olan şəxs qadına qarşı kobudluq edib, ona qarşı təhqiramiz ifadələr işlədib. Qadın da ağlayaraq göz yaşları içində ərinə zəng vurub. Əri öz dostunun maşınında hadisə yerinə gəlib, orada onunla mühafizəçi arasında xuliqanlıq zəminində mübahisə baş verib. Mühafizəçinin ağır xəsarətlər aldığı haqda deyilənlər doğru deyil, əks halda onu bir gün sonra xəstəxanadan buraxmazdılar. Hadisə barədə istintaq davam edir. Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb”.
 
DİN rəsmisi istintaqın getdiyini əsas gətirərək, qarovulçunu döyən şəxsin kimliyini açıqlamayıb. Orxan Mansurzadə ancaq onu deyib ki, qadın və əri ziyalıdır. Qadın elmlər namizədidir, əri də alimdir, Bakıdakı ali məktəblərdən birində dərs deyir:
 
“Ailədə hətta professor da var! Ziyalı ailədir, istəmirlər ki, adları mətbuatda hallansın”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org