[r32]
– xeber –
TSK-nın Raco bölgəsini azad etdiyi uğurlu əməliyyat zamanı 3 gün ərzində 344 terrorçu öldürülüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində Raco və Şeyx Hədidin azad edilməsi ilə YPG-nin Afrində ən çox tunel və istehkama sahib olduğu 3 bölgədən (Raco, Cinderes, Şəyx Hədid) 2-si əlindən çıxıb.
Məlumata görə, Racoda həmçinin terrorçuların liderləri də türk ordusunun hədəfinə çevrilib. Bir qədər əvvəl Raco bölgəsinə komandan təyin edilən Hüseyn Qabar və köməkçisi “Şahin” kod adlı terrorçunun Raco uğrunda döyüşlərdə yaralandığı bildirilib.
Qeyd edək ki, bir qədər əvvəl PKK-nın Qəndil qrupu Raco bölgəsinə Hüseyn Qabarı, Cinderes üçün isə Mani Aqid adlı şəxsi rəhbər təyin edib.