Qaradagda pilot layiheler heyata kecirilir – Foto


[r32]
– xeber –
Qaradağ rayonunda köhnə binaların yerində yeni binaların tikintisi ilə bağlı pilot layihələr həyata keçirilir.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, son illər xüsusi layihə əsasında planlı şəkildə quruculuq abadlıq və əsaslı yenidən qurma işlərinin aparılması, sosial infrastruktur layihələrin icrası Qaradağ rayonun simasını müasirləşdirib, rayonun küçə və parklarında, yaşayış binalarının həyətlərində, yol kənarlarında on minlərlə ağac və bəzək kolları əkilib.
Qaradağ rayonunda həyata keçirilən əsaslı yenidənqurma tədbirləri və layihələrin icrası Ələt qəsəbəsində də uğurla davam etdirilir.
Belə ki, qəsəbədə yeni sosial obyektlər tikilir, köhnə binalar əsaslı şəkildə təmir olunur. Yenidənqurma işləri zamanı ümumi görünüşə xələl gətirən tikililər və ya qəzalı vəziyyətdə olan binalar sökülərək müasir tələblər səviyyəsində yeni binalar inşa edilir.
Qəsəbədə çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü və fasad hissəsində yenidənqurma və əsaslı təmir işləri aparılır, yeni abad məhəllələr salınır. Qeyd edək ki, Ələt qəsəbəsində ən müasir səviyyədə təhsil ocaqları tikilib, sosial yönümlü obyektlər müasir səviyyəyə çatdırılıb. Su xətləri, sanitar qovşaqlar da yenilənir. Burda regionun nəhəng infrastruktur layihəsi olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi sürətlə davam etdirilir.
Rayonda aparılan abadlıq quruculuq, tikinti bərpa işləri bütün qəsəbələri əhatə etməsi Qaradağda görülən işlərin geniş miqyasından xəbər verir. Abadlıq və quruculuq işləri Qobustan qəsəbəsini də əhatə edir. Qəsəbədə bir çox küçələr boyunca yerləşən binaların və parkların müasir və zövq oxşayan forma və üslubda yenidənqurulma işləri davam etdirilir.
Qəsəbədə yeni parklar salınır, yaşayış binalarının dam örtüyü təzələnir. Yol kənarlarında yeni parklar və yaşıllıqlar salınır.
Abadlıq işləri rayonun Qızıldaş qəsəbəsində də aparılır. Qəsəbədə yaxın vaxtlarda istifadəyə verilən abad məhəllə və yeni parkın salınmasını sakinlər sevinclə qarşılayır. Hazırda qəsəbədə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinə həsr edilən parkın tikintisi sürətlə davam etdirilir.
Korgöz qəsəbəsində də abadlıq işləri geridə qalmır. Burada da yeni sosial tikililərin inşasını, parkların salınmasını sakinlər razılıqla qarşılayır. Qəsəbədə uşaqlar üçün meydançanın tikintisi aparılır.
Diqqət çəkən məqam odur ki, son 6 ildə 7 abad məhəllə, 9 xeyir şər evi sakinlərin istifadəsinə verilib.
Dövlət başçısının tapşırığına uyğun olaraq Qaradağ rayonunda da köhnə binaların yerində müasir evlərin inşası üzrə pilot layihələr icra edilir. Pilot layihə formatında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin Seymur Orucov və 28 May küçələrində qəzalı vəziyyətdə olan taxta qamış konstruksiyalı binaları sökülərək yerində 8 bina olmaqla yeni çoxmənzilli binaların inşası işləri davam etdirilir. Prezident İlham Əliyevin ölkəyə xarici investorların cəlb edilməsi ilə bağlı verdiyi tapşırığa əsasən işlər davam etdirilir.
Onu da qeyd edək ki, son 7 ildə Qaradağ rayonunda bir çox layihələr həyata keçirilib, minlərlə iş yerləri açılıb.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org