Qaracuxur sakinlerinin cuxur problemi – Foto


[r32]
– xeber –
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən Yeni Günəşliyə gedən yolda görülən işlər asfaltı dağıdıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, uzun müddətdir sözügedən ərazidə aparılan işlər yekunlaşsa da, yolun dağılmış hissəsi bərpa edilməyib. Ərazidə avtobus və minik avtomobillərinin hərəkətində problem yaranıb.
Sakinlər bildiriblər ki, qazılan yer 141 saylı məktəbə gedən yolun üstü olduğuna görə uşaqlar dərsə gələn və dərsdən çıxan vaxt burada vəziyyət daha da acınacaqlı olur. Asfalt dağıdıldığına görə yağış yağan kimi yollar palçıq olur.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qurum sözügedən ərazidə heç bir qazıntı işi aparmayıb:
“Yolu kim qazıbsa, onlar da bərpa etməli, problemi aradan qaldırmalıdır. Yolda qazıntı işlərini həyata keçirən quruma müraciət etmək lazımdır. Orada görülən işlərin bizimlə əlaqəsi yoxdur”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org