“Qarabagli Huseynali Bey” teqdim edildi – Foto

18:02 – xeber – Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə çap edilmiş Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı Bəy” romanının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində təqdimat mərasimi keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan AYF-nin aparat rəhbəri Qismət Rüstəmov qeyd edib ki, bu kitabın məhz cənab prezident İlham əliyevin elan etdiyi Multikulturalizm ili çərçivəsində çap olunması təsadüfi deyil. O həmçinin vurğulayıb ki, fond tərəfindən bu seriya üzrə kitabların çapı davam edəcək. 
 
Daha sonra çıxış edən Qarabağ qazisi Əli İsmayılov kitab barədə tədbir iştirakçılarına geniş məlumat verərək, Qarabağlı Hüseynalı Bəyin keçdiyi şərəfli həyat yolundan söhbət açıb.
 
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Amid Əlioğlu çıxışında qeyd edib ki, fondun başlatdığı kitab seriyası təqdirə layiqdir. O müəllifin kitabının Azərbaycan ədəbiyyatına töhfə olduğunu  qeyd edərək, yazara uğurlar arzulayıb.
 
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Nərminə xanım bu kitabın gənclərin tariximizlə yaxından tanış olması sahəsində çox uğurlu vasitə olacağını bildirərək, AYF ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.
 
Sonda çıxış edən müəllif  Rövşən Asifoğlu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya və AYF-yə  təşəkkürünü bildirib.
 
Qeyd edək ki, müəllif yaxın zamanlarda yeni kitabla oxucuların görüşünə gələcəyini bildirib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org