Qarabagin helline yardim etmek esas vezifemizdir – Rusiya

20:54 – xeber – Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə yardım etmək Rusiyanın əsas xarici siyasət prioritetlərinə daxildir. Qonşu regionda baş verənlərə laqeyd deyilik. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi bu sahədə fəal çalışırıq.
 
APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov “İnterfaks”a müsahibəsində bildirib.
 
Rusiyalı həmsədr bildirib ki, Rusiya, həmsədrlik fəaliyyəti ilə paralel olaraq, Ermənistan və Azərbaycanla yaxın münasibətlərin mövcudluğu ilə əlaqədar müstəqil səylər də göstərir və əsas məsələlər üzrə tərəflərlə səmimi fikir mübadiləsi aparır.  
 
“Bilirsiz ki, məhz Rusiya Ermənistan və Azərbaycan Baş Qərargah rəislərini Moskvaya dəvət edərək aprelin əvvəlində baş vermiş genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasında əhəmiyyətli rol oynayıb. Lakin, bizim vasitəçiliyimizin əsas mövzusu münaqişənin davamlı həllinə nail olmaq üçün tərəflərə yardım etməkdir”.
 
İ. Popov həmçinin bildirib ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi Almaniya ilə münaqişənin həlli istiqamətində fəal iş aparılır. “Həmsədrlər almaniyalı təmsilçilərlə sıx təmasları davam etdirirlər”, – deyə İ.Popov diqqətə çatdırıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org