Qarabagda yeni muharibeye bir ay qaldi? – İddia

00:28 – xeber – Qarabağda bir neçə gün ərzində baş verən eskalasiya münaqişənin təkcə tərəfləri deyil, bütün regionu vura biləcəyini göstərdi. Ehtimal ki, hərbi hərəkətlər bununla bitməyəcək və iyunun sonunda Qarabağda müharibə yenidən aktivləşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Kiev Times” nəşrinin “Dağlıq Qarabağ – Avropa diplomatik sisteminin iflasıdır” başlıqlı məqaləsində deyilir.

Qeyd edək ki, “Karnegi” fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti, britaniyalı jurnalist Tomas de Vall da “Politico Europe” nəşrində dərc olunan məqaləsində Qarabağda yeni müharibənin iyunun sonunda başlaya biləcəyini iddia edib.

“Əgər münaqişənin həllində tezliklə irəliləyiş olmayacaqsa, müharibə yenidən baş verəcək. Ehtimal ki, yeni müharibə iyunun sonunda başlayacaq”, – deyə o iddiasında bildirib. (http://publika.az/p/135457).

Nəşr qeyd edir ki, hazırda yaranmış vəziyyətin praktiki proqnozunu təyin etmək çətindir: “Münaqişə tərəflərinin heç biri toqquşma mərhələsindən danışıqlar prosesinə adlaya bilmir. Ermənistan təmas xəttində monitorinq sisteminin yaradılmasını, Azərbaycan işğal olunmuş rayonların qaytarılmasını tələb edir”.

Almaniya-Rusiya forumunun elmi direktoru, alman politoloq Aleksandr Rar hesab edir ki, Dağlıq Qarabağda hüquqi qəza baş verir.

“Vaxtilə beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi əsas idi. Lakin soyuq müharibənin bitməsi və Yuqoslaviyanın dağılmasından sonra öz müqəddəratını təyin etmə məsələsi də gündəmə gəldi. Qarabağda məhz bu iki prinsip arasında münaqişə yaranıb. Məhz öz müqəddəratını təyin etmə prinsipi Cənubi Qafqazdakı problemin həllinə ikili yanaşmanı ortaya çıxarır”, – deyə o bildirir.

Nəşr qeyd edir ki, indiki situasiyada ən yaxşı variant regiondakı status-kvonun ləğvi ola bilər: “Görünən budur ki, siyasi-diplomatik texnologiyalarla münaqişənin həllinə nail olmaq çətin olacaq. Bundan başqa, Cənubi Qafqazdakı problemlərin Avropa üçün ikinci planda olması vəziyyəti daha da qəlizləşdirir”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org