Qarabagda ustunluyumuzu sertlendiren sebeb – Tehlil


[r32]
– xeber –
Azərbaycan Ordusunun əsas təchizatçısı artıq Müdafiə Sənayesi Nazirliyidir. Azərbaycanın istehsal etdiyi PUA-lar həm kəşfiyyat xarakterlidir, həm də lazımı anda düşmənin postlarına raket zərbələri endirmək iqtidarındadır.
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Sözügedən PUA-ların Ermənistanda olmadığını qeyd edən politoloq hazırda əsas hərbi üstünlüyün Azərbaycanda olduğunu bildirib:
“Azərbaycan “Dəmir gümbəz” raket texnologiyasını da mənimsədiyi halda işğalçının İsgəndər-M-lərini asanlıqla məhv edə biləcək. Qarşıya qoyulan bir nömrəli məqsəd hərbi sənaye kompleksinin yaradılmasıdır və bunun bünövrəsi qoyulub. Bu zəmin üzərində ölkəmiz daha ağır zirehli hərbi texnika istehsalına keçəcək. Artıq ilk məhsullarımız var. Söhbət CAR ilə birgə istehsal olunan zirehli nəqliyyatlardan gedir. Gələcəkdə bu baza üzərində tank istehsalına da başlanılacaq. Azərbaycanda bir neçə tank və zirehli transpartyor təmiri zavodu var. Həmin zavodların təkmilləşdirilərək istehsal sahəsinə çevrilməsi gündəmdədir. Bu, Azərbaycanın hərbi qüdrətini artırmaq üçün yetərli mənbədir. Bir sözlə, Azərbaycan gələcəkdə inkişaf etmiş hərbi sənaye kompleksinə sahib olacaq ki, bu da Dağlıq Qarabağ probleminin həllində və milli təhlükəsizliyimizin təmin edilməsində öz sözünü deyəcək”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org