Qarabagda qiyam hazirlanir: Babayan qayidir

10:25 – xeber – Samvel Babayanın nüfuzu Dağlıq Qarabağda qiyamla nəticələnə bilər.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Ermənistan mətbuatında yer alıb.
 
Bildirilir ki, Ermənistan hakimiyyəti qondarma Dağlıq Qarabağda ordunun S.Babayanın tərəfinə keçəçəyindən narahatdır:
 
“Babayanın iyunun 5-də Xankəndinə səfərinin ardından, onun yenidən “müdafiə naziri” olmasını tələb edən insanların Bako Saakyanın evinə yürüş etməsi ciddi məsələlərdən xəbər verir. Dağlıq Qarabağ ərazisində yerləşən hərbi hissələrin şəxsi heyəti artıq S.Babayanı açıq aşkar dəstəkləyirlər. Hərbi hissələrdə baş verəcək qiyam ehtimalına qarşı bu günlərdə Qarabağa gedən Ohanyan son səfərdə hərbiçilərlə təhqiramiz ifadələrlə danışıb”.
 
Ermənistan mətbuatında yer alan xəbərlərə görə, S.Babayanın hərbçilər arasında nüfuzu və əlaqələrindən istifadə edərək çevriliş edəcəyindən ehtiyat edən hakimiyyət hazırda onu Qarabağdan uzaqlaşdırmağın yollarını axtarır:
 
“Babayanın bir nömrəli müdafiəçisi və onun “müdafiə naziri” olmasını tələb edən Milli Dirçəliş Partiyasının rəhbəri H.Xanumyanın döyülərək səhnədən çıxarılması da buna hesablanıb. Bu günlərdə Dağlıq Qarabağda Babayanın iştirakı ilə ya mühüm dəyişikliklər olacaq, ya o, köhnə ittihamlarla həbs olunacaq, ya da ölkədən çıxarılacaq”.
 
Qeyd edək ki, Samvel Babayan Xankəndində anadan olub. 80-ci illərin sonunda Ermənistanda başlayan “Miatsum” hərəkatının əsas iştirakçılarından biri olan Babayan sonradan Qarabağ müharibəsinə qatılıb. O, Şuşanın işğal edilməsi üçün hazırlanan əməliyyatın əsas müəlliflərindən biridir.
 
Babayan 1993-1999-cu illərdə Qarabağ separatçı rejimində “müdafiə naziri” vəzifəsini icra edib. 2004-cü ildə o, Qarabağdakı qondarma rejimin lideri Arkadi Qukasyana qarşı sui-qəsd təşkilində günahlandırılaraq həbs edilib. Sonradan azadlığa çıxan Babayan özünə partiya yaratsa da, heç bir uğur əldə edə bilməyib. Həddən artıq borcu olması onu ölkədən qaçmağa vadar edib. Babayan bir müddət öncə Rusiyadan İrəvana qayıdıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org