"Qarabagda muharibe baslaya biler"

9 Yanvar 2016 10:06 – xeber –

Qarabağ prosesi tamamilə hərbi qüvvələrin nəzarətinə keçir və bölgədə istənilən an müharibə başlaya bilər.

Olkem.az xeber verir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, 2016-cı il Qarabağ prosesi üçün uğurlu sayıla bilməz:
 
"Faktiki olaraq Bern görüşü uğursuz oldu. Çünki həmsədrlərin danışıqlar prosesi təşkil etmək niyyəti Azərbaycan prezidenti tərəfindən inandırıcı dəlillərlə müşayiət olunmadı. 2014-cü ildə Kerrinin təşəbbüsü ilə Uelsdə  NATO zirvəsi zamanı da iki dövlət rəhbəri görüş üçün dilə tutulmuşdu. Sonrasında belə bir rəy yayıldı ki, Rusiyanın Qarabağ prosesindən kənarlaşdırılması üçün Qərb real planlara malikdir və Fransa Amerika ilə birgə yeni sülh sazişinin imzalanması üçün tərəfləri dialoqa cəlb edəcək. Əslində, belə də oldu və oktyabrın 17-də Parisdə görüş keçirildi. Görüş işçi sənədin ortaya çıxması ilə nəticələndi. Həmsədrlərin epizodik səfərlərini nəzərə almasaq, 2015-ci il Qarabağ siyasi danışıqları üçün itirilmiş sayıla bilər".
 
Millət vəkili hesab edir ki, Bern danışıqları silahlı savaşın qarşısını kəsməyi qarşısına qoysa da, bu, baş vermədi: 
"Bern görüşü yeni bir sənəddən daha çox, artilleriya qüvvələri, tank və daha uzaq məsafəli sistemlərin Qarabağda yerləşməsinin yol aça biləcəyi təhlükələr və müharibənin olmaması üçün tərəflərin inandırılması kimi başa düşülürdü. Azərbaycan tərəfinin məsələ ilə bağlı açıqlaması sübut etdi ki, nə tanklar, nə də toplar bölgədən çıxarılacaq və cəbhə xəttində ATƏT-in Minsk Qrupunun səsindən daha çox intensiv pozulan atəş səsləri gələcək. Yəni artıq Qarabağ prosesi tamamilə hərbi qüvvələrin əlinə keçir və bölgədə istənilən an müharibə başlaya bilər. Bunu cəmiyyətdəki mövqelər, o cümlədən müdafiə qüvvələrinin hazırlıq səviyyəsi də sübut edir".
 
Z.Oruc Minskdə gözlənilən görüşlə bağlı yayılan məlumatlara da münasibət bildirib:
 
"Rusiyanın Qərblə konfrontasiyası qətiyyən azalmayıb. İkincisi, Avropa dairələri Rusiya əleyhinə tətbiq olunmuş sanksiyaların nəticə verdiyini düşünüb, Qafqaza daha böyük bir qüvvə ilə hücum etməkdədirlər. Üçüncüsü, İran iqtisadi və diplomatik revanş götürmək üçün Avropa ilə münasibətlərini bərpa edərək Qafqaza bu və ya digər şəkildə müdaxiləsini həyata keçirməyə çalışacaq. Belə olan təqdirdə Qarabağ nizamlanması, sadəcə, prezidentlərin danışığı ilə mümkün olacaqmı? Yəni Qarabağ prosesi bilavasitə hərbi qüvvələrin diqtəsi altındadır və ATƏT artıq buna müdaxilə edə bilmir".
 
Deputatın sözlərinə görə, bundan sonra böyük toqquşmaları Qərb diplomatlarının siyasi bəyanatları ilə dayandırmaq mümkün olmayacaq:
 
"Regional vəziyyətin dəyişməsi fonunda cəbhə xəttində də yeni bir şərait görə biləcəyik. Prezidentlərin danışıqlarının intensivliyi haqqında fikir söyləmək çox çətin olsa da, hər halda Azərbaycan tərəfi danışıqlara əvvəlkindən daha az maraqlıdır. Çünki sonuncu proses imitasiya xarakteri daşımamalı idi. Qarabağla bağlı vəziyyət hər keçən gün daha geriyə aparılır və biz bu ağırlığı yenidən qaldırmaq məcburiyyətində qalırıq. Ona görə də 2016-cı il Dağlıq Qarabağ üçün uğurlu sayıla bilməz".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org