Qarabagda ermenilerin pasportlari ellerinden alinir ve…

11:10 – xeber – Xaricdən xüsusilə Suriya, Livan, İraq, İrandan Dağlıq Qarabağa erməniləri aldadıb gətirirlər. Dağlıq Qarabağda yerləşdirilən həmin ermənilərin pasportlarını əllərindən alırlar və kişi cinsindən olanların hamısını məcburi səngərlərə göndərirlər.

Bu barədə Modern.az saytına açıqlamasında deputat Elman Məmmədov Dağlıq Qarabağa xaricdən gətirilib süni şəkildə yerləşdirilən ermənilər haqqında danışarkən deyib.
 
O söyləyib ki, aprel ayının əvvəlində baş verən döyüşlərdə Ermənistan tərəfi xaricdən gətirilib cəbhədə döyüşdürülən ermənilərin ölülər arasında sayını açıqlamadı:
 
“Aprel ayında baş verən hərbi əməliyyatlarda ermənilərdən 300 nəfərdən çox ölən var idi. Erməni mətbuatı Ermənistan vətəndaşlarını sayını ayrı verdi, Dağlıq Qarabağdan olanları isə ayrı təqdim etdi.
 
Sayın tam çatmasının səbəbi isə Dağlıq Qarabağa xaricdən gətirilən və orada məcburi döyüşdürülən ermənilər idi. Ona görə də Ermənistan hökuməti xaricdən gətirilən erməniləri rəsmi olaraq statistikaya salmır”.
 
Elman Məmmədov onu da bildirib ki, Dağlıq Qarabağda PKK -nın da təlim düşərgələri var. “Ermənilər onlardan da istifadə edirlər. Ermənilərə ev vermək, adlarına hesab açmaq, yaxşı həyat vəd edirlər. O ermənilər də hüquqsuz şəkildə əlacsız qalıb orada döyüşürlər.
 
Nəticədə isə sənədsiz, sübutsuz şəkildə ölürlər.
 
Həmin ərazilərdən onların çıxışı çox məhduddur. İşğal altında olan ərazilərin dörd bir yanında hərbi postlar qurulub. Ona görə də xaricdən Dağlıq Qarabağa gətirilən ermənilər qul kimi istismar olunur”-deyə Elman Məmmədov qeyd edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org