""Qarabag" varianti yox idi"

4 Yanvar 2016 19:13 – xeber –
Olkem.az "İnter"in yeni transferi, Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsini təqdim edir:
– "İnter"ə keçidinizlə bağlı nə deyə bilərsiniz?
– Bu klubla mövsümün sonunadək müqavilə imzaladım. Ümid edirəm ki, transferim uğurlu alınacaq. Özümü göstərməyə çalışacağam. Bu klub məni çoxdan idi, sıralarında görmək istəyirdi. Sonuncu dəfə mən seçimimi "Qəbələ"nin xeyrinə etmişdim.
– Düşünmürsünüz ki, həmin vaxt səhvə yol vermişdiniz?
– "Qəbələ"yə keçidimi səhv hesab etmirəm. İstənilən futbolçu belə aqibətlə üzləşə bilər. Artıq bütün olanları unutmağa və özümü yeni komandamda yaxşı tərəfdən göstərməyə çalışacağam ki, Azərbaycan millisinə qayıdım.
– Niyə "Qəbələ" karyeranız elə alındı?
– Mən oynamaq istəyirdim, amma şans vermədilər. Baş məşqçinin öz baxışları var idi. Görünür, onun oyun üslubuna uyğun deyildim.
– Bəs maliyyə baxımından bu kluba keçidiniz sizin üçün nə dərəcədə uğurlu oldu?
– Ölkədə baş verənləri nəzərə alsaq, şikayətlənməyə dəyməz.
– Ötən ilin sonunda "Qarabağ"a qayıdacağınıza dair xəbərlər dolaşırdı…
– Belə bir variant yox idi. Bunu heç özüm də çox istəmirdim. Yəqin ki, bunu istəyən azarkeşlər, insanlar var idi. Ona görə də belə xəbərlər yayılmışdı.
– Yeni komandanız turnir cədvəlində "Qəbələ"ni qabaqlayır…
– Mövsümün qalan hissəsi çox çətin olacaq. "İnter"ə uğurlu çıxışını davam etdirməyə kömək etmək istəyirəm. Mənimlə yanaşı, Kamran Ağayev də bu kluba keçib. Fikrimcə, Topaz Premyer Liqasında rəqabəti gücləndirə bilərik.
– "Qarabağ"la çempionluq uğrunda mübarizə aparmağınız mümkündür?
– 8 xallıq fərq çox böyükdür. Amma qarşıdakı oyunlardan çox şey asılıdır. Fikrimcə, mövsümün qalan hissəsi çox maraqlı olacaq.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org