Qarabag uzre mutexessis Britaniyaya seslendi

12:04 – xeber – Britaniya xalqı realistdir, romantik olmayın.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal öz Feysbuk səhifəsində yazıb.
 
De Vaal Britaniya xalqını Avropa Birliyindən çıxmamağa çağırıb:
 
“Problem gənc nəsildə deyil. Gənc nəsil hər şeyi çox gözəl dərk edir. Amma yaşlı nəsil AB-dən çıxmağın fəsadları haqda düşünmür. Böyük Britaniyanın Avropa Birliyinin tərkibində qalmağı dünya iqtisadiyyatı ilə birbaşa əlaqədə olmağı deməkdir.
 
Britaniyanın Kanada, ABŞ kimi müttəfiqləri də AB-nin tərkibində qalmağını istəyir. Çünki onlar da dərk edir ki, əgər AB-nin tərkibindən çıxsaq, böyük bir durğunluq dövrü başlayacaq”.
 
Tomas de Vaal ABŞ Prezidenti Barak Obamanın Britaniya səfəri zamanı AB – Britaniya əlaqələri haqda dediyi sözləri xatırladır:
 
“Avropa Birliyi böyük Britaniyanın nüfuzunu azaltmır, əksinə, müsbət təsir göstərir. Güclü Avropa Britaniyanın qlobal liderliyinə təhlükə deyil; bu, Britaniyanın liderliyini daha da gücləndirir”.
 
Diplomat Rusiya Prezidenti Vladimir Putinə olan təzyiqlərin azalacağı ehtimalından da danışır:
 
“Britaniyanın AB-dən çıxacağı təqdirdə Ukrayna və Avropada ambisiyaları olan Putinə tətbiq olunan sanksiyalar zəifləyəcək. Paris İqlim Sammitində əldə olunan uğuru Avropa Birliyi üzvlərinin yekdilliklə çıxış etməsinə borcluyuq. Bu isə o deməkdir ki, dünyanın təhlükəsizliyinə və sabitliyə təhdid olan hər şeylə mübarizə aparmaq üçün yekdilliyə ehtiyacımız var.
 
Artıq ölkələr təklikdə o qədər də əhəmiyyət daşımır, dünya böyük güclərin birlikləri ilə idarə olunmağa doğru gedir. Bu birliklərdən təcrid olunmaqla uğur qazanmaq mümkün deyil. Suriya böhranı, beynəlxalq terrorizm və digər böyük problemləri həll edə bilmək üçün “Üç müşketyor” kimi – hamı bir nəfər üçün, bir nəfər hamı üçün şüarı ilə hərəkət etmək lazımdır ”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org