"Qarabag" tarixi ugura bele imza atdi –


[r32]
– xeber –
21:05
Ağdamın “Qarabağ” komandası futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində cavab matçına çıxıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Ağdam klubu səfərdə Moldovanın “Şerif” komandası ilə qarşılaşır.
“Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Riçard Almeyda, Miçel, Dino Ndlovu, Donald Qerye, Ansi Aqolli və Mahir Mədətov yer alıblar.
Moldova çempionunun ilk on birliyində isə meydana Zvonimir Mikoliç, Raku Petru, Viktor Oliviera, Jeremy De Nooiyer, Kristiano Da Silva, Vitalie Damaşkan, Kiril Bayala, Yosip Brezoviç, Ziduy Badibanqa, Mateo Susiç və Vaçeslav Posmak çıxıblar.
Tiraspol şəhərində “Şerif” stadionunda keçirilən oyunu İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roy Reynşreyberdir. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edirlər. Oyunda dördüncü hakim funksiyasını Daniel Bar Natan yerinə yetirir.
Xatırladaq ki, bu komandalar arasında Bakıdakı ilk görüş 0:0 hesabı ilə başa çatıb.
Azərbaycan çempionu səfərdə sərfəli nəticə əldə edəcəyi təqdirdə qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olacaq.
21:53
İlk hissəyə artırılan əlavə vaxtda (45+3) Dino Ndlovu “Qarabağ”ı irəli çıxarıb: 1-0
22:48
"Qarabağ"ın oyunçusu Ansi Aqollinin əla ötürməsi ilə Miçel matçın 87-ci dəqiqəsində 2-ci topu rəqib qapısından keçirdi: 2-0.
23:06
"Qarabağ" "Şerif"i Moldovada 2-1 məğlub etməklə, Azərbaycan futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi: 2-1.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org