08:00 – xeber – Əgər İrəvan Qarabağın müstəqilliyini tanımaq qərarı versə, bu, danışıqlar prosesini çətinləşdirəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında politoloq Vladimir Jarixin söyləyib. O, Ermənistan Parlamentinin bu qərarın qarşısını alacağına ümid etdiyini bildirib.
“Bu qərar Minsk prosesinin sponsorlarının konflikt tərəflərinə qarşı münasibətini dəyişdirə bilər. Əvvəllər ABŞ, Rusiya və Avropa dövlətlərinin problemə baxışı eyni idi. Bu qərarın qəbulundan sonra Qarabağ probleminə baxış dəyişəcək”.