Qarabag qazileri cebheye yola dusdu

18:00 – xeber – Bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb. Onlar cəbhə bölgəsində yerləşən hərbi hissələri ziyarət edəcək, şəxsi heyətlə görüşəcəklər.
 
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, yola düşməzdən əvvəl veteranlar Müdafiə Nazirliyində olublar.
 
Nazirliyin yüksək rütbəli zabitlərin iştirakı ilə keçirilən görüşdə aprelin əvvəllərində ordumuzun əldə etdiyi uğurlardan, əməliyyatlar zamanı əsgərlərimizin hünər və rəşadətindən danışılıb.
 
Bildirilib ki, mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi və tərbiyəvi işin təşkilində Qarabağ müharibəsi əlillərinin və veteranlarının rolu əvəzsizdir. Onlar mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olurlar. Bu cür səfərlərin sistemli şəkildə olması məqsədəuyğundur. Şəxsi heyətlə mütəmadi görüşlərin keçirilməsi vacibdir.
 
Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən Qarabağ müharibəsi əlilləri və veteranları müharibə illərini xatırlayıb, dayandıqları səngərlərdə Vətən keşiyi çəkən əsgərlərlə görüşməyin əhəmiyyətini vurğulayıblar. Veteranlar işğal altında qalan ərazilərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacağına əminliklərini bildiriblər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org