"Qarabag" "Qalatasaray"i qabaqladi

7 Yanvar 2016 20:57 – xeber –
Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 203 komandası yer alıb.
Azərbaycan 2015-ci ilin yekunlarının əksini tapdığı siyahıda 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz "Qarabağ"dır. Trend klubun saytına istinadən məlumat verir ki, komanda 142 xalla 77-ci yerdədir və bu pilləni İspaniya "Valensiya"sı ilə bölüşür.
"Qarabağ" bu göstərici ilə "Borussiya" (Mönhenqladbax, Almaniya), "İnter" (İtaliya), MOİK (Rusiya), "Styaua" (Rumıniya), "Benfika" (Portuqaliya), "Marsel" (Fransa) və "Santos" (Braziliya) kimi komandaları qabaqlayır. Türkiyə klublarından "Qalatasaray" və "Beşiktaş" da Ağdam təmsilçisindən aşağıda qərarlaşıb.
139,50 xalı olan "Qalatasaray" "Qarabağ"dan 5 pillə aşağıda – 82-ci yerdə qərarlaşıb. 132 xalı olan "Beşiktaş" isə 95-cidir.
Ümumiyyətlə, 203 ən yaxşı arasında 4 komanda ilə təmsil olunan Türkiyənin ən yuxarı mövqedə olan klubu "Fənərbağça" 39-cudur – 174,50.
"Qəbələ" 116 xalla 124-cü pilləyə şərik olan 5 klub sırasında qərarlaşıb. Bakı "İnter"i 92 xalla 192-ci yerə şərikdir.
Siyahıya İspaniya "Barselona"sı başçılıq edir – 379. İtaliya klubları "Yuventus" 286 xalla 2-ci, "Napoli" isə 268 xalla 3-cüdür.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org