"Qarabag munaqisesi serhedlerimiz daxilinde hellini tapmalidir"

– xeber – Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının Nümayəndələr Palatasının sədri Xerardo Amarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, X. Amaria 29-30 sentyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Humanitar Foruma dəvət olunduğu üçün təmsil etdiyi qurum adından təşəkkürünü bildirib.
 
O, Azərbaycanı dünyada multikultural ənənə və dəyərlərin qorunub saxlanmasına mühüm töhfə verən ölkə kimi xarakterizə edərək, Forum təşəbbüsünün ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
 
E. Məmmədyarov isə Azərbaycanın Uruqvayla ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirərək, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Nazir iki ölkə arasında münasibətləri daha da gücləndirmək üçün siyasi məsləhətləşmələr mexanizminin davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı qonaqlara ətraflı məlumat verən E. Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq normalarına müvafiq olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu qeyd edib.
 
Görüşdə həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi kimi məsələlər də müzakirə olunub.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org