“Qarabag hekayeleri”ne Turkiyede boyuk maraq – Foto

15:55 – xeber – İzmirdə millət vəkili Qənirə Paşayeva və araşdırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri “Qarabağ hekayələri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi olub.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, İzmir Qardaşlıq və İşbirliyi Dərnəyinin təşkil etdiyi təqdimat və imzalanma mərasimində iştirak edən valilik,  bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər.
 
Türkiyə KİV-lərinin də geniş iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək olduğunu bildirib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası, AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Qarabağ problemi harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının artmasının vacibliyini vurğulayıb. 
 
Kitabda yer alan bir-birindən dəyərli hekayələrin, Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıb.
 
Qeyd edək ki, “Qarabağ hekayələri” kitabı iyirminci yüzildə  dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.  
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org