Qarabag dunya konqresinde muzakire olunacaq

22:00 – xeber – Berlində Beynəlxalq Sülh bürosunun “Silahsızlaşdıraq! Sülh iqlimi naminə” şüarı ilə Dünya Konqresi keçirilir. Konqres dünyanın beynəlxalq sülhü çağıran ən böyük tədbirlərindən biri sayılır.
 
Beynəlxalq Mətbuat Fondundan Axar.az-a bildiriblər ki, müxtəlif ölkələrdən Nobel mükafatçılarının, alimlərin, siyasətçilərin, dindarların və sülh çağırışçısı olan ictimai xadimlərin qatıldığı tədbirdə, ümumilikdə minə yaxın nümayəndə iştirak edir.
 
Konqresdə dünya üzrə kifayət qədər nüfuz sahibi olan şəxslərin, o cümlədən 2011-ci il Nobel Sülh Mükafatı Laureatı, əslən Yəməndən olan Təvəkkül Karman, “Right Livelihood Award” mükafatının yaradıcısı Jakob von Uexküll, bu mükafatın laureatları Vandana Şiva və Alin Vare, Ceyms Qolbrayt, Noam Çomski kimi görkəmli iqtisadçıların (video vasitəsilə) və Samir Amin, məşhur Roma klubunun vitse-prezidenti Ernst Ulrix von Veizseker, UTİC və UNI qlobal birliklərin baş katibləri Şaran Burrov və Filip Cenninqs, UNESCO-nun keçmiş baş direktoru Federiko Mayor Zaraqoza, Ekvadorun keçmiş müdafiə katibi və bu ölkənin BMT-nin Cenevrə ofisindəki sabiq nümayəndəsi Maria Fernanda Espinosa Qarses, BMT-nin Cenevrə ofisinin baş direktoru Maykl Moller, Beynəlxalq Sülh Bürosunun idarə heyətinin üzvləri və başqalarının çıxışları dinləniləcək.
 
Azərbaycanı tədbirdə Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü, Qərbi Asiyanın 18 ölkəsi və konflikt bölgələri üzrə nümayəndəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev təmsil edir. U.Mirzəyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin sülh danışıqlarındakı mövqeyi haqqında məlumat verəcək.
 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri tədbir çərçivəsində bir sıra görüşlər də keçirəcək.
 
Qeyd edək ki, tədbirdə dünyadakı münaqişələrin, insanlığı düşündürən qlobal problemlərin həlli yolları müzakirə ediləcək.
 
Tədbir oktyabrın 3-dək davam edəcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org