Qarabag danisiqlarinda yegane musbet meqam – Şerh


[r32]
– xeber –
Rusiya hazırda Dağlıq Qarabağ münaqişəsinin həllində məsafəli davranır və siyasi maraqlarını problemin həllindən üstün tutur.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, Rusiya Qarabağ münaqişəsini birbaşa öz nəzarəti altında saxlayır və bu rolunu heç vaxt zəiflətməyəcək:
“Moskva çıxış yolunu Bakı və İrəvan arasındakı dialoqda görür. Bu, zahirən doğru görünsə də, əslində, reallığa uyğun deyil. Aydın məsələdir ki, Ermənistanın əsas donoru Rusiyadır. Aparılan danışıqlara baxmayaraq, İrəvanın qeyri-konstruktivliyi birbaşa Moskvadan qaynaqlanır. Hətta Rusiyanın Qarabağ məsələsində Ermənistanı birbaşa təlimatlandırdığını düşünürəm”.
Politoloqun fikrincə, yeganə müsbət məqam Türkiyənin Dağlıq Qarabağ məsələsinin nizama salınması prosesində nümayiş etdirdiyi siyasi aktivlikdir:
“Türkiyə bu aktivliyini artırarsa, Rusiya Ermənistanı müəyyən güzəştlərə razı sala bilər. İstənilən halda rus-türk yaxınlığı Bakının xeyrinədir. İndiki reallıqda Rusiyanın hansısa bir dövləti Qarabağ məsələsinin həllinə bu qədər yaxın buraxması reallıqdan uzaqdır. Yalnız Ankara Bakının mövqeyini Moskvaya daha qabarıq şəkildə çatdıra bilər. Azərbaycan isə bu fonda diplomatiya ilə yanaşı, hərbi sahədə Ermənistana qarşı hücumedici addımlarını hazırlamalıdır”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org