Qanunsuz dovriyye ile mubarize – Seminar

13:59 – xeber – Mayın 11-də Bakıda “İmperial Tobakko” şirkətinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda seminar keçirilir. Seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrinin əməkdaşları iştirak edir.
 
DGK-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “İmperial Tobakko” şirkətinin qanunsuz ticarətlə mübarizə üzrə meneceri Nataliya Leşik Dövlət Gömrük Komitəsinin rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Hazırda dünyada tütün məmulatlarının qanunsuz dövriyyəsi və bu zaman ölkələrin iqtisadiyyatına dəyən ziyan barədə rəqəmlər əsasında məlumat verən Nataliya Leşik seminar iştirakçılarının tütün məmulatlarının ekspertizası, qanunsuz daşınması, istehsalı, satişi və kontrafakt mallar barədə məlumatlandırılacağını bildirib.
 
Seminarda çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general- mayoru Güloğlan Muradlı tütün məmulatlarının qanunsuz ticarəti və qaçaqmalçılığının hazırda dünyada vacib problemlərdən birinə çevrildiyini və gömrük orqanlarının əsas vəzifələrindən birinin də bu sahədə intensiv mübarizə tədbirlərini gücləndirmək olduğunu diqqətə çatdırıb. Tütün məmulatlarının qanunsuz dövriyyəsinin iqtisadiyyata və insan sağlamlığına ciddi təhlükə törətdiyini bildirən Komitə rəsmisi Azərbaycan gömrük orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
 
Tütün məmulatlarının qanunsuz dövriyyəsinin səbəbləri, yaratdığı problemlər barədə məlumat verən “İmperial Tobakko” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Bağırov isə Dövlət Gömrük Komitəsi tərəfindən bu sahədə kifayət qədər iş görüldüyünü və bu fəaliyyəti dəstəklədiklərini bildirib.
 
Seminarın gedişində tütün məmulatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair təcrübə mübadiləsi aparılacaq, saxta malların aşkar edilməsinin spesifik cəhətləri barədə məlumat veriləcək, gömrükçülər “İmperial Tobakko” şirkəti tərəfindən təqdim olunan müxtəlif məhsul nümunələrinin xalisliyini praktikada yoxlamaq imkanı əldə edəcəklər.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org