Qanun qebul olundu: 100 milyonluq borc silinir


[r32]
– xeber –
“Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən, 373 7000 sığorta edənin və 317 min sahibkarın borcları silinir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Millət vəkili bildirib ki, bu dəyişikliklə sahibkarların iş şəraiti yaxşılaşdırılır:
“Bu, ölkə prezidentinin diqqət və qayğısının nəticəsidir. Sahibkarları gələcəkdə belə borclar yaratmamağa sövq edəcək. Bu qanun əmək pensiyalarının vaxtında maliyyələşməsinə şərait yaradacaq”.
H.Rəcəbli bildirib ki, qanuna edilən dəyişikliyə əsasən, 2006-cı ilə qədər olan sığorta borcları silinir. Bu, təxminən 100 milyon manat təşkil edir. 2006-2015-ci ilin yanvarın 1-nə qədər olan borca görə cərimələrin silinməsi isə təxminən 55 milyon manat təşkil edir. 2015-ci ilin yanvarın birindən 2018-ci ilin aprelin 1-dək olan borcların məbləği 26.7 milyon manatdır.
Deputat Əli Məsimli isə belə bir qanun layihəsinin hazırlanmasına görə, prezidentə təşəkkür edib. Deputat deyib ki, belə bir qanun layihəsi dollar kreditləri ilə bağlı da verilə bilər: “Buna da ciddi ehtiyac var. Bizə şikayət edən insanların 90 faizindən çoxu dollarla krediti olan vətəndaşlarımızdır”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org