Qalmaqalli oyunla bagli resmi aciqlama – Video

22:27 – xeber – Futbol üzrə Türkiyə çempionatının 22-ci turunda “Qalatasaray” və “Trabzonspor” klubları arasındakı qalmaqallı oynla bağlı mübahisələr davam edir.
 
APA xəbər verir ki, fevralın 22-də Türkiyə Futbol Federasiyasının binasında Mərkəzi Hakimlər Komitəsinin toplantısı keçirilib. Toplantıda qarşılaşmanın hakimi Dəniz Atəş Bitnelin oyunu idarə etmə səviyyəsi dəyərləndirilib.
 
Toplantıdan sonra Mərkəzi Hakimlər Komitəsinin rəhbəri Kuddusi Müftüoğlu mətbuat konfransı keçirib. O, bildirib ki, Dəniz Atəş Bitnel Türkiyənin ən yüksək potensiallı hakimlərindən biridir və prinsipial qarşılaşmanın ona tapşırılmasında heç bir problem yoxdur.
 
Bununla belə, Kuddusi Müftüoğlu qeyd edib ki, Dəniz Atəş Bitnelin bazar günü idarə etdiyi qarşılaşma hamını təəssüfləndirib: ““Trabzonspor” camiəsinin üzüntüsünü paylaşırıq. Uğurlu hakimləri mükafatlandırdığımız kimi uğursuz hakimlərlə bağlı gərəkli sanksiyaları da tətbiq edəcəyik”.
 
O ki qaldı “Trabzonspor”un futbolçusu Salih Dursunun qarşılaşmanın hakiminin əlindən yerə düşən qırmızı vərəqəni onun özünə göstərməsində, Kuddusi Müftüoğlu deyib ki, həmin futbolçunun qəhrəman kimi təqdim olunması doğru deyil: “Görüntü xoş deyil. Bu məsələdə İntizam Komitəsi gərəkli cəzaları verir. Salihin qəhrəman olduğunu düşünmürəm”.
 
Mərkəzi Hakimlər Komitəsinin rəhbəri mərc oyunlarında iki və daha çox qırmızı vərəqəyə əmsalların yüksək olduğu ilə bağlı iddialara da münasibət bildirib və bunu iddia edənlərdən sübut tələb edib.
 
Xatırldaq ki, bazar günü keçirilən qarşılaşmada “Qalatasaray” “Trabzonspor”a 2:1 hesabı ilə qalib gəlib. Oyunun hakimi Dəniz Atəş Bitnel qapıların hər birinə 1 penalti təyin edib, “Trabzonspor”un dörd futbolçusuna qırmızı vərəqə göstərib. Nəticədə Trabzon klubu qarşılaşmanı 7 futbolçu ilə bitirməli olub.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org