Qadagadir deyib, nemeti mehv etdiler (FOTO)

10 Yanvar 2016 15:18 – xeber –
Rusiyanın Kənd Təssərrüfatı Nazirliyi yanında fitosanitar nəzarət xidməti, 226 kiloqram meyvəni məhv edib. Bu dəfədə hədəfdə Türkiyədən idxal olunan meyvələr olub.
Anspress-in məlumatına görə, sanksiya qoyulmuş bu məhsullar Rusiyanın Jeleznovodsk əyalətində qida məhsulları satılan dükanlardan birində aşkarlanıb.
Stavropol vilayətinin Fitosanitar nəzarət xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, Rusiyaya gətirilməsi qadağan olunan bu naringilər 4 yanvarda qablaşdırılıb. Adıçəkilən əraziyə isə onlar növbəti gün çatdırılıb. Həmin məhsulların Rusiyaya gətirilməsi isə 01 yanvar 2016-cı il tarixdən qadağandır. Nəticədə qadağan olunmuş 226 kq sitrus meyvəsi nəzarət xidmətinin əməkdaşları tərəfindən məhv edilib.
Bənzər hadisə ötən ilin 15 dekabr tarixində baş verib. Rusiya tərəfindən qadağaya məruz qalan 10 ton portağal yandırılaraq məhv edilməsə də, geri göndərilmişdi. Türklər isə birlik və güc göstərərək həmin meyvələri insanlara təmənnasız paylamışdılar.
28 noyabr 2015-ci ildə Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb. Belə ki, Rusiya ərazisində 1 yanvar 2016-cı ildə Türkiyədən tərəvəz, meyvə, gül, quş əti, duz və digər malların idxalı qadağan edilib.
Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsi iki ölkə arasında münasibətlərin pozulmasından sonra olub. Münasibətlər isə noyabrın 24-də Türkiyə qırıcı təyyarəsinin Rusiyaya məxsus Su-24 təyyarəsini vurmasından sonra korlanıb. Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Bundan başqa, Rusiya Türkiyənin bu addımını “arxadan vurulan zərbə” adlandırır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org