Putinin Trampa tesekkur zengi: elaqeler berpa olunur?


[r32]
– xeber –
Rusiya-ABŞ münasibətlərini bu hadisənin düzəldə biləcəyi inandırıcı deyil.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova Rusiya və ABŞ arasındakı terrorizmlə bağlı informasiya mübadiləsinin münasibətlərin nizamlanması yönündə ciddi addım olduğu barədə xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, Rusiya prezidentinin MKİ-nin Peterburqda terakta hazırlaşan terrorçuların ələ keçirilməsində informasiya dəstəyi göstərdiyi üçün Trampa təşəkkürü sadəcə diplomatik etiket səciyyəli bir jestdir:
“ABŞ-ın terakt barədə məlumatına gəlincə, Amerika hətta ən gərgin münasibətdə olduğu ölkələrə qarşı da bəzən belə addımlar atır. Məsələn, İranda zəlzələlər olanda ABŞ bu ölkə ilə gərgin münasibətlərdə olmasına baxmayaraq, humanitar yardım təklifi edir. Yaxud, Obama İran xalqını bir neçə il öncə Novruz bayramı münasibətilə təbrik etmişdi. Yəni, ABŞ bəzən belə addımlar atır”.
Politoloq qeyd edib ki, son hadisə və Putinin təşəkkürü ABŞ-Rusiya münasibətlərindəki gərginliyin aradan qalxacağı barədə ehtimallara heç bir əsas vermir:
“Bu iki dövlətin beynəlxalq münasibətlər sistemindəki maraqları o qədər ziddiyyətlidir ki, yaxın zamanlarda tərəflərdən biri öz mövqeyindən çəkilməsə, qarşılıqlı əlaqələr gərgin olaraq qalmaqda davam edəcək. 18 ildir ki, Putin öz ölkəsinin fövqəldövlət statusunun bərpa olunmasına çalışır və müəyyən qədər buna nail olub. Odur ki, bu səylər davam etdiriləcək və onun hakimiyyətdə olduğu dövrdə Rusiya və ABŞ arasında dünyada liderlik uğrunda mübarizə gedəcək. Ayrı-ayrı məsələlərdə oxşar yanaşma mövcud ola bilər, lakin yaxınlaşma və əməkdaşlığın olması hələlik mümkün deyil”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin MKİ-nin Peterburqda terakta hazırlaşan terrorçuların ələ keçirilməsində informasiya dəstəyi göstərdiyi üçün Trampa təşəkkür edib. Kremlin yaydığı məlumatda telefon zənginin Putinin təşəbbüsü ilə gerçəkləşdiyi bildirilib. Bundan bir neçə saat sonra isə ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman ABŞ-Rusiya münasibətlərinin düzəlməsinin mümkünlüyü barədə optimist açıqlama verib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org