Putinin eks-musaviri Meshedovla bagli sirri acdi – Şok

17:28 – xeber – Şəxsən Rusiya Prezidenti Vladimir Putin 2004-cü illərdə Beslanda əsirlərin azad edilməsinin qarşısını alıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində Vladimir Putinin keçmiş məsləhətçisi Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Putin əsgərlərə uşaqların girovluqda olduğu məktəbə hücum etmək barədə əmr vermişdi:
 
“2004-cü ildə mən Beslandakı əsirləri azad etməyə cəhdin əlaqələndiricilərdən biri oldum. O zaman Aslan Məshədov Putinə əsirlərin azad edilməsi üçün öz təklifini göndərdi. O, sadəcə olaraq Beslana girməsi və çıxması üçün ona təhlükəsiz dəhlizin təmin edilməsini istədi. Məshədova bu imkan verilmədi. Bir sutka sonra Məshədov dedi ki, ona Beslandan çıxmaq üçün təhlükəsiz dəhliz lazım deyil. O, sadəcə, uşaqları xilas etmək üçün Beslana girməyə zəmanət istəyirdi və bundan sonra özünü hətta hərbçilərə təslim etməyə də hazır idi. Bu təklifə də Putin “yox” dedi. Sonda o, heç nədən, heç bir təhlükəsiz dəhlizdən asılı olmayaraq, Beslana girəcəyini və uşaqları xilas edəcəyini bildirdi. Bu informasiya gələndən bir, ya da iki saat sonra rus ordusu Beslana hücuma başladı. Çox güman ki, onlar Məshədovun gəlib, insanları xilas edəcəyindən qorxurdular. Mən onların arasındakı danışıqlarda vasitəçi olduğuma görə kimin hansı mövqedə olduğunu, Məshədovun hansı təklifləri göndərdiyini və Putinin onlara nə cavab verdiyini yaxşı bilirdim. 3 sentyabrda əsirlərin kütləvi şəkildə öldürülməsindən sonra mən öz vəzifəmdən istefa vermək qərarına gəldim”.
 
Qeyd edək ki, Şimali Osetiyanın Beslan şəhərində terror aktı 2004-cü ilin 1 sentyabrında törədilib. Çeçen yaraqlılarından ibarət dəstə orta məktəblərdən birinə daxil olaraq, 1000-dən çox şəxsi əsir götürüb. Sonradan Federal Təhlükəsiz Xidmətinin (FSB) məktəbə hücumu nəticəsində 28 terrorçu və 314 əsir həlak olub. Terrora görə məsuliyyəti üzərinə mərhum çeçen səhra komandiri Şamil Basayev götürüb.
 
Aslan Məshədov tanınmamış Çeçen-İçkeriya Respublikası ordusunun yaradılmasında yaxından iştirak edib. Cövhər Dudayev və Zəlimxan Yandarbiyevdən sonra 1997-ci ildə respublikanın prezidenti seçilib. 2005-ci ilə qədər prezident səlahiyyətlərini icra edib. 2005-ci ildə FSB-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində qətlə yetirilib. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org