Putinden Erdogana nuve hedesi – İddia

11:14 – xeber – 1980-ci illərdə baş verən İran-Kontras qalmaqalında böyük payı olan amerikalı məşhur araşdırmaçı jurnalist Robert Parri Türkiyə-Rusiya gərginliyinə münasibət bildirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, jurnalist Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı nüvə silahından istifadə etməklə təhdid etdiyini açıqlayıb:
 
“Rusiya prezidentinə yaxın bir qaynaq mənə bu barədə məlumat verib. Putin Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya quru qoşunları yeridəcəyi təqdirdə Moskvanın taktiki nüvə silahından istifadə etməyə hazır olduğunu deyib. Türkiyə NATO üzvü olduğundan belə bir qarşıdurma sürətlə nüvə müharibəsinə çevrilə bilər”.
 
Xatırladaq ki, araşdırmaçı jurnalist özünün Consortiumnews.com saytında 18 fevralda dərc olunan “Əl Qaidə uğrunda nüvə müharibəsinə giririk?” başlıqlı məqaləsində ABŞ-ın Rusiya ilə münasibətlərinə də toxunmuşdu.
 
Məqalədə Suriya böhranının genişlənərək nüvə müharibəsinə çevrilə biləcəyi qeyd edilib:
 
“Prezident Barak Obamadan soruşmaq lazımdır ki, ABŞ Türkiyə və Səudiyyə Ərəbistanının Suriyanı işğal etməsinə göz yumacaqmı? Çünki çirkli Suriya müharibəsinin III Dünya savaşına və ya nüvə müharibəsinə çevrilməyəcəyinə heç kim zəmanət verməyib. Türkiyə Suriya sərhədinə yığdığı yüz minlərlə əsgərlə, Səudiyyə Ərəbistanı isə yüksək texnologiyaya sahib hava qüvvələri ilə bunu edə bilər. Lakin Suriyaya hərbi müdaxilədən sonra Rusiya bu ölkədəki 20 minə yaxın hərbi personalını qorumaq üçün qərar vermək məcburiyyətində qalacaq”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org