Putinden abxazlara 100%, rusiyalilara ise 4% artim

3 Yanvar 2016 19:11 – xeber –
Rusiya prezidenti Vladimir Putin Abxaziyada yaşayan Rusiya vətəndaşlarının pensiya təminatı haqqında Rusiya-Abxaziya sazişini təsdiqi barədə qanun imzalayıb.
Bu barədə prezidentin köməkçisi Vladislav Surkov Abxaziyaya səfəri zamanı məlumat verib.
Olkem.az azadliq.org-a istinadən bildirir ki, qanun artıq rəsmi portalda dərc olunaraq qüvvəyə minib.
Sözügedən saziş bu il aprelin 14-də Soçidə imzalanmışdı. Sazişə əsasən, beynəlxalq aləm tərəfindən tanınmayan "Abxaziya respublikası" ərazisində daimi yaşayan Rusiya vətəndaşlarına pensiyaların məbləği yaxın üç il ərzində Rusiyanın Cənub Federal Dairəsi üçün müəyyən olunmuş orta həddə çatdırılacaq. Başqa sözlə, üç ilə Rusiya pasportu daşıyan abxaziyalıların pensiyası 10 min 179 rubladək artacaq.
Gürcüstandakı pensiyalardan 2 dəfə çox
Gürcüstanda isə hazırda pensiyanın orta məbləği bu göstəricidən iki dəfə azdır – təqribən 66 dollar, yəni 5 min rubldan cüzi az. Saziş müəlliflərinin sözlərinə görə, Abxaziyadakı pensiyaçılar 2015-ci ilin əvvəlinə orta hesabla 6262 rubl alırdılar. Deməli, onların pensiyası 2016-cı ildə 40 faiz, 2017-ci ilin aprelindən isə 62 fazi artacaq.
Sazişin yerinə yetirilməsi üçün Rusiyanın 2015-ci il dövlət büdcəsindən 230 milyon rubldan çox vəsait xərclənib. 2016-cı ildə bu məbləğ 295 milyona qədər qalxacaq. 2017-ci ildə isə təqribən 585 milyon rubl olacaq.
Sazişə əlavə edilən sənədlərə görə, pensiya artımı Abxaziyada yaşayıb Rusiya pasportu daşıyan 32 mindən artıq şəxsə tətbiq olunacaq.
İşləyən rus pensiyaçılara isə ümumiyyətlə artım yoxdur
2006-cı ildə qəbul edilmiş qanuna əsasən, Abxaziya sakinlərinin ikili vətəndaşlıq hüququ var. Onlar eyni zamanda həm Abxaziya, həm də Rusiya vətəndaşı ola bilərlər. 2008-ci ilin məlumatına görə, Abxaziya əhalisinin 90 faizi Rusiya vətəndaşıdır. Abxaziyada təxminən 250 min əhali yaşayır.
Sazişin qüvvəyə mindiyi gün Putin başqa bir qanunu da təsdiq edib. Həmin qanun Rusiya əhalisi üçün pensiyanı sığorta və baza hissələrinin cəmi-cümlətanı 4 faiz artırılmasını nəzərdə tutur. İşləyən pensiyaçıların pensiyalarının indeksasiyası isə ümumiyyətlə qeyri-müəyyən müddətə dayandırılıb.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org