Putindən iflas mesajlari: Rusiya parcalana bilər

09:00 – xeber – Putinin bir neçə gündür Almaniya mətbuatına Əsədlə bağlı verdiyi ilginc açıqlamaların arxasında çox ciddi siyasi mesajlar gizlənir. Görünür, Moskva Suriyadakı prosesləri istədiyi səmtə yönəldə bilməyəcəyinin fərqinə varıb.
 
Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli açıqlama verib. Sabiq dövlət müşaviri sözügedən müsahibəni Kremlin bəzi siyasi qərarlarının anonsu kimi qiymətləndirib:
 
“Əsədi Suriyadakı müxalifətlə bir araya gətirmək, bu yolda anlaşmaya nail olmaq və ən son variantda prezident seçkiləri keçirməyi öz siyasi təcrübə sınağından keçirən Putinin böyük planı iflasa uğrayır. Rusiya indi İŞİD-ə qarşı elə də ciddi mübarizə aparmır, əsas güclər türkmanlara və ASO-ya qarşı yönəldilib. Putin burda da məqsədinə nail ola bilməyib. Çünki böyük oyunun reallaşması milyonlardan asılı idi. 2016-cı il isə Rusiya üçün bir o qədər də uğurlu başlamayıb. İnflyasiya sürətlənir, rubl çökməkdə davam edir, iqtisadi göstəricilər həddindən artıq pisdir. Belə olan halda Rusiya Əsədin arxasında sona qədər dayana bilməz. Buna görə də Kreml kartları dəyişir və Əsədə sığınacaq verilməsini gündəmə gətirir. Ancaq bu, Rusiyaya baha başa gələ bilər”.
 
Q.Hüseynli hesab edir ki, əməllərinə görə Əsədin hüquqi məsuliyyətə cəlbi vaxtilə onu müdafiə edən Moskvaya Serbiyanın taleyini yaşada bilər:
 
“Əsədin taleyi çox dumanlıdır. O, nəinki prezident seçkilərində iştirak edəcək, Haaqa məhkəməsi qarşısında cavab verməli olacaq. Elə bir zaman yetişəcək ki, heç Kreml də onu qoruya bilməyəcək. Əsədin hüquqi məsuliyyətə cəlbi vaxtilə onu müdafiə edən Moskvaya Serbiyanın taleyini yaşada bilər. Bunun üçün Serbiyanın qaniçən prezidenti Miloşeviç və onun əlaltılarının başına gələnləri xatırlamaq kifayətdir. Hətta iş o yerə çata bilər ki, məhkəmə qiyabi qərar çıxara və Rusiyadan bunun icrasını tələb edə bilər”.
 
Politoloqun sözlərinə görə, Səudiyyənin son addımlarından dolayı Moskva təlaş içərisindədir:
 
“Amerika özünün anti-İŞİD koalisiyasını Səudiyyənin islam ittifaqı ilə koordinasiya etdikdən sonra Moskvanın Suriyada fəal hərəkəti məhdudlaşacaq. Əsədin və eləcə də rusların Suriyadakı işi ağırlaşacaq. Bir sözlə, Putin dünyaya Suriya siyasəti və Əsədlə bağlı çox önəmli mesajlar verdi. Bu, Moskvanın Əsəddən imtina etməsi kimi də qiymətləndirilə bilər”.
 
Qeyd edək ki, Vladimir Putin Almaniyanın “Bild” qəzetinə müsahibəsində Rusiyanın Əsədə sığınacaq verməsi məsələsini gündəmə gətirib. Eyni zamanda, Rusiya dövlət başçısı Əsədin Suriya məsələsində böyük səhvlərə yol verdiyini də açıq şəkildə deyib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org