Putin qelebe mujdesi verdi, rus zabitlerin qetliami basladi…


[r32]
– xeber –
Putin ötən ilin dekabrında Suriyaya gedərək təntənəli şəkildə bəyanat verdi ki, biz qalib gəldik və artıq hərbi qruplaşmanın çox hissəsini çıxarmağa başlayırıq.
Bu sözləri Axar.az-a Rusiyanın An-26 nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması olayını şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq həmin bəyanatdan sonra Suriyada bir-birinin ardınca qəribə hadisələrin baş verdiyini bildirib:
“Terrorçuların dronlarla Rusiya hərbi bazasına hücumu, nəticədə 10-a yaxın hərbi təyyarənin sıradan çıxması və ya zədələnməsi, hərbi təyyarənin havada vurulması, “Vaqner qrupu”nun ABŞ tərəfindən bombardman edilməsi və nəhayət, ötən gün hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması, bəlkə də vurulması nəticəsində 39 nəfərin ölümü ilə nəticələnən hadisə bu qəbildəndir. Rusiya Suriya müharibəsinə 2015-ci il sentyabrın sonunda müdaxilə etmişdi. Fikir verin, Putinin bəyanatından sonrakı 3 ayda məruz qaldığı canlı qüvvə və hərbi texnika itkisi əvvəlki 2,2 il ərzində verdiyi itkilərdən çox oldu”.
Qeyd edək ki, Rusiyaya məxsus hərbçiləri daşıyan An-26 təyyarəsi martın 6-da Hmeymim bazasına enərkən qəzaya uğrayıb. Qəzada Rusiya SQ-nin 39 hərbçisi həlak olub.
Ölənlərdən birinin general mayor, 26 nəfərin zabit olduğu bildirilir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org