Putin Qarabag tesebbusunu tam ele alir

09:00 – xeber – Danışıqların Rusiya tərəfindən keçirilməsi Qarabağ təşəbbüsünü Qərbin əlindən almaq üçündür. Görünür, Moskva Qarabağ siyasi prosesi üzrə təşəbbüsü əldən vermək istəmir.
 
Bu barədə Axar.az-a politoloq İlqar Vəlizadə danışıb. Ekspert Sankt-Peterburq görüşünü şərh etməzdən öncə çox mühüm siyasi detalları açıqlayıb:
 
“Bir müddət öncə Rusiya prezidentinin İrəvana, daha sonra isə Bakıya səfəri və bu kontekstdə Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Moskvanın təkliflərinin müzakirəsi ilə bağlı yayılan məlumatlar, əslində, çox şeydən xəbər verir. Hadisələr göstərir ki, Vyana prosesi vəziyyəti xeyli dəyişib və nəticədə Putin bu planı nəinki təxirə salıb, hətta əsaslı dəyişiklik edib. Çox güman ki, Sankt-Peterburq görüşü də məhz bu köklü dəyişikliyin nəticəsidir. Danışıqların Rusiya tərəfindən keçirilməsi Qərbin əlindən Qarabağ təşəbbüsünü almaq üçündür. Bu, o deməkdir ki, Moskva Qarabağ siyasi prosesi üzrə təşəbbüsü əlindən vermək istəmir. Çox güman ki, Rusiya mərhələli həll planının üzərində dayanacaq. Yəni rayonların bir qisminin qaytarılması ilə digər məsələlərin müzakirəsi bu plan daxilindədir. Görüşün nə dərəcədə məhsuldar olacağını hadisələrin gedişatı göstərəcək”.
 
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ probleminin nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.  

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org