Putin onu arzulayirdi, Tramp ise Kremlin kabusu oldu


[r32]
– xeber –
ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında bildirilir ki, son 2 onillikdə Rusiyanı, eləcə də Çini beynəlxalq institutlara və qlobal ticarətə cəlb etməklə onları etibarlı tərəfdaşa çevirmək siyasəti nəticə verməyib. İndi əks istiqamətdə siyasət aparılacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Ukraynaya öldürücü silahların verilməsi barədə qərarını şərh edən politoloq Şahin Cəfərli deyib. Politoloq bildirib ki, indiyədək ABŞ-ın Ukraynaya silah yardımı düşmən artilleriyasının koordinatlarını müəyyən edən radarların, radioelektron maneələrə qarşı davamlı olan rabitə sistemlərinin, pilotsuz uçuş aparatlarının, “Humvee” hərbi avtomobillərinin, yəni qeyri-letal – öldürücü olmayan vasitələrin verilməsi ilə məhdudlaşırdı:
“Yeni ildən isə tank əleyhinə raket kompleksləri (Javelin), hava hücumundan müdafiə sistemləri, dənizdə mina əleyhinə vasitələr, dəniz müşahidə qurğuları, sahil mühafizə gəmiləri verilməsinə başlanacaq. Bu yardımlar düşmənin tank həmlələrindən, havadan və dənizdən gözlənilən hücumlarından Ukraynanın müdafiəsini gücləndirməyə yönəlib. Bundan başqa, amerikalı, britaniyalı və kanadalı zabitlər tərəfindən Ukrayna əsgərlərinə təlim keçirilməsi davam edir.
ABŞ-dan əlavə, Kanada hökuməti də Ukraynaya silah satılmasına icazə verib. Obama dövründə ABŞ-ın və Avropanın bu məsələdə mövqeyi belə idi ki, Ukraynanın silahlandırılması Rusiyanı daha da aqressivləşdirə, nəticədə münaqişənin həllini çətinləşdirə bilər. Bu baxış özünü doğrultmadı. Putin 1 il əvvəl Obamanın gedişini və Trampın gəlişini səbirsizliklə gözləyirdi. Amma Trampın idarəçiliyinin yekunlaşmaq üzrə olan ilk ili Rusiya üçün kabus kimi keçdi”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya tank əleyhinə silahların tədarükünə icazə verib.
Kiyevə veriləcək silahların dəyəri 47 milyon dollar dəyərindədir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org