15:47 – xeber – Bu gün Qazaxıstanda milli matəm günü elan edilib.
Axar.az Layf Nyus-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə başsağlığı verib.
Xatırladaq ki, iyunun 5-də Aktobedə terror aktı törədilib. Qazaxıstanda terror təhlükəsinin “sarı” səviyyəsi elan edilib.
Daha əvvəl bildirilib ki, Aktobedə obyektlərə hücum edənlərin 13-ü çevik silahlı müqavimət sayəsində məhv edilib, 4-ü yaralanıb, hücumun 6 iştirakçısı axtarışdadır.