16:34 – xeber – Rusiya İrana S-300 Hava Hücumundan Müdafiə Sistemlərini Xəzər dənizi vasitəsi ilə gördərəcək.
Olkem.az xeber verir ki, anspress-in məlumatına görə, bu barədə TASS agentliyinə Rusiyanın Müdafiə Nazirliyindəki mənbə deyib. Məlumatda bildirilir ki, Rusiya zenit raket sistemləri S-300PMU-2 –ni növbəti ilin yanvarında İrana göndərəcək.
Silahların göndərilməsinin ikinci mərhələsi 2016 –cı ilin avqust-sentyabr aylarında İrana təhvil veriləcək.
S-300PMU-2-nin dəyəri 1 milyard dollar təşkil edir. Mənbə bildirib ki, İranın 80 mütəxəssisi Rusiya tədris mərkəzlərində sistemlərin istismarına hazırlıq keçəcəklər. Hazırlıq təlimlərinin 4 ay davam edəcəyi bildirilir.
Rusiyanın S-300 Hava Hücumundan Müdafiə Sistemləri
Rusiya və İran 2007-ci ildə S-300 komplekslərinin tədarükünə dair müqavilə imzalayıblar. 2010 –cu ildə Birləşmiş Millətlər Təşilatının (BMT) Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarından sonra Rusiya bu ölkəyə S-300 kompleksinin satışını dayandırdı. Buna cavab olaraq İran Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı. İran Rusiyandan silah satışına dair müqavilənin şərtlərini pozduğu üçün 4 milyard dollar dəyərində təzminat istəyirdi.
Rusiyanın İrana silah göndərəcəyi yol
Noyabrın 9-da isə“Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov “Dubai Airshow-2015” sərgisində jurnalistlərə açıqlaması zamanı qeyd etmişdi ki, Rusiya müqavilənin şərtlərinin birinci hissəsini yerinə yetirərsə, Tehran Rusiyaya qarşı məhkəmə iddialarını geri götürəcək və bununla da İrana silah satışı bərpa olunacaq.
mənbə :
anspress