Putin Medet Quliyevle gorusdu – Foto


[r32]
– xeber –
Rusiya prezidenti Vladimir Putin MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.
APA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev də iştirak edib.
V. Putin görüşdə Suriyadan qaçan terrorçuların üzərində effektli nəzarət həyata keçirmək üçün MDB xüsusi xidmət orqanlarının əməkdaşlığının vacib olduğunu söyləyib: "Terrorla mübarizə xüsusi xidmət orqanlarınınəsas fəaliyyət istiqamətlərindən biridir. Terrorçuluğa gəldikdə isə, sizə heç nə demək lazım deyil. Siz özünüz hər şeyi bilirsiz. Bu istiqamətdə lazımi məlumatları biz məhz sizdən alırıq. Bizim üçün dünyada bu sahədə nələrin baş verdiyi olduqca önəmlidir. Hazırda vəziyyət çöx gərgindir".
Putin görüşdə iştirak edən MDB ölkələri təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinə rusiyalı həmkarlarına təqdim etdikləri məlumatlara görə təşəkkürünü bildirib: "Beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə ancaq birgə əməkdaşlıq şəraitində mümkündür".
Rusiya prezidenti təhlükəli cinayətkarların reyestrinin yaradılmasının dəfələrlə təklif olunduğunu xatırladıb: "Lakin təəssüflər olsun ki, tam və ətraflı cavab almamışıq. MDB ölkələri xüsusi xidmət orqanlarının bundan sonra da əməkdaşlığına ümid edirəm. Mütəşəkkil cinayətkarlığa və qeyri-qanuni miqrasiyaya qarşı birgə əməkdaşlıq dövləti daxildən möhkəmlətməyə imkan verir".

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org