Putin islam olkelerinin regbetini qazanir – Şerh


[r32]
– xeber –
Trampın Qüds qərarından Rusiyanın yararlanacağı şübhə doğurmur.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib. O bildirib ki, Rusiya ilk növbədə Qüds ətrafında gedən proseslərdən istifadə edərək, islam aləmində ABŞ əleyhdarlarını daha da qıcıqlandırmaq və bununla da Rusiyanın islam aləmində və ümumilikdə dünyada imicini bərpa etmək istəyir:
“Bundan başqa, Rusiya Türkiyə və İranla münasibətlərinə ortaq problemlər əlavə etməklə bərabər, Misirlə də əlaqələrinə yeni yön vermək niyyətindədir. Çünki bunları həyata keçirdikdən sonra Rusiya Yaxın Şərqdə gedən proseslərdə öz rolunu daha da gücləndirmiş olacaq. Moskva İran, Suriya kimi qlobal əhəmiyyət kəsb edən proseslərdən sonra 25 illik fasilənin ardından İsrail-Fələstin münaqişəsində də aktiv rol oynamaqla dünyadakı imicini daha da yüksəltməyi düşünür”.
N.Cəfərsoy vurğulayıb ki, nəhayət Rusiya bu proseslərdə iştirakından sonra ABŞ, AB və Çin ilə qlobal balans yaradacaq məsələlərdə yeni fürsətlər əldə edəcək:
“Şübhəsiz ki, bu fürsətlərlə Rusiya postsovet məkanında fəaliyyətini daha da gücləndirəcək. Son 25 ildə ABŞ-ın Yaxın Şərq siyasəti İrana mühüm əhəmiyyət kəsb edən dividentlər qazandırıb. Son 5 ildir ki, bu prosesə Rusiya da əlavə olunub. Bu proseslər Suriya ilə başladı və Fələstin məsələsi ilə yeni bir formaya çevrilir”.
Qeyd edək ki, ötən gün Putin Suriya və Misir səfərindən sonra İstanbula gedib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org