Putin herbi xerclerle bagli ele bir letife danisdi ki… –


[r32]
– xeber –
13:15
Rusiya Prezidenti Vladimir Putinin 13-cü illik mətbuat konfransı başlayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Putinin builki mətbuat konfransına 1640 jurnalist qatılıb. Konfransına gələnlər arasında məşhur teleaparıcı Kseniya Sobçak da var.
Prezidentliyə namizəd olacağını açıqlayan Sobçak mətbuat konfransını jurnalist kimi izləməyə gəldiyini bildirib.
***
Putin yenidən prezident olmaq istəməsinin səbəblərini açıqlayıb.
“Mən dəfələrlə demişəm ki, Rusiyanı necə görmək istəyirəm. İstəyirəm ki, Rusiyanı müasir, çevik siyasi sistemə malik olsun. Sosial sferaya diqqəti artırmaq, rusiyalıların gəlirlərini çoxaltmaq niyyətindəyəm”.
***
Putin konfrans zalında sual verən jurnalistin arxasında “Putin, bay-bay” (Əlvida, Putin) ifadəsinin əks edildiyi plakatın olduğuna diqqət çəkib. Əlində plakat tutan tatar jurnalist isə bunun “Putin, bay-bay” yox, tatarca “Putin babay” (Putin baba) olduğunu söyləyib.
Bundan sonra jurnalist Putinə tatar dili ilə bağlı sual verib. Putin isə cavabında hər bir xalqın öz dilində təhsil almaq haqqının olduğunu, hökumətin heç nəyi insanlara məcbur etməyəcəyini, bunun Rusiyanın bütövlüyü üçün zərərli olacağını söyləyib.
***
Putin mətbuat konfransında hərbi xərclərlə bağlı lətifə danışıb. O deyib:
Keçmiş zabit oğlunun yanına gəlib soruşur:
– Burada xəncər var idi, o haradadır?
Oğlu cavab verir:
– Onu qonşu həyətdəki oğlanın saatı ilə dəyişmişəm.
– Yaxşıdır, amma sabah quldurlar gəlib, məni, ananı, qardaşlarını öldürüb, bacını zorlayanda sən onlara deyəcəksən ki, axşamınız xeyir, Moskva vaxtı ilə saat 12:30-dur?
Qeyd edək ki, Putinin mətbuat konfransları 2001-ci ildən bu yana müxtəlif fasilərlə keçirilir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org