“Putin hele de turklerden qisas almaga calisir”

09:00 – xeber – Rusiya Gümrüdəki hərbi bazası və erməni ordusunu gücləndirir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər gürcü ekspert İrakli Aladaşvilinin “Kviris Palitra” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Rusiya-Türkiyə qarşıdurmasından nə Azərbaycan, nə də Gürcüstan kənarda qala biləcək:
 
“Abxaziya və Sxinvali regionunda Rusiya qoşunlarının təlimləri başa çatmaq bilmir. Rusiyanın Sxinvalidəki 4-cü ordusu və Abxaziyadakı 7-ci ordusu bu həftə yenidən əməliyyatlarını aktivləşdiriblər. Bəs Rusiya ordusu nəyə hazırlaşır? Rus generalları o qədər də axmaq deyil ki, Gürcüstan ordusunun yenidən Sxinvali regionu və Abxaziyaya hücum edəcəyini gözləsinlər. Yaxın gələcəkdə Ukrayna ordusunun da Krımı güclə qaytaracağı real deyil. SSRİ dövründən bu yana biz bilirik ki, sovet generaliteti həmişə yeni tanklar və hərbi təyyarələri düşmənə yaxın ərazidə yerləşdirməyə çalışıblar. Yeni soyuq müharibənin faktiki olaraq başladığı məqamda Moskva eyni taktikanı yenidən tətbiq edir. Rusiyanın intensiv şəkildə hərbi təlimlər keçirdiyi cənub sərhədləri yaxınlığında NATO üzvü olan Türkiyə yerləşir. Keçən ilə qədər Moskvanın onunla münasibətləri çox yaxşı idi. Hazırda iki ölkə bir-birilə qarşıdurma şəraitindədir və istisna olunmur ki, bu qarşıdurma hərbi toqquşmaya qədər çata bilər. Prezident Putin hələ də türklərdən vurulan rus bombardımançısının qisasını almağa çalışır. Əgər Suriya konflikti zonasında Rusiya və Türkiyə həqiqətən qarşıdurmaya başlasa, onun Qara dəniz və Cənubi Qafqaz regionuna keçəcəyi istisna olunmur. Strateji partnyorlar olan Azərbaycan və Ermənistan da bu savaşda yer alacaq. Görünür, Rusiya hadisələrin bu cür inkişafına hazırlaşır və özünün Krım, Abxaziya, Sxinvalidəki bazalarını yeni işğal üçün hazırlayır. Eyni zamanda Rusiyanın Gümrüdəki hərbi bazası və erməni ordusu da gücləndirilir. Əgər bu pessimist ssenari reallaşsa, təəssüf ki, Gürcüstan da bundan kənarda qala bilməyəcək”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org