Putin Erdogana surpriz etdi – Politoloq


[r32]
– xeber –
Rusiya və Türkiyə Suriyada İŞİD üzərində qələbə çaldılar. Ancaq bununla məsələ bitmir.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putinin Türkiyədən əvvəl Suriyaya getməsinin səbəblərini şərh edərkən qeyd edib. O bildirib ki, Rusiya prezidentinin Türkiyəyə Suriyadan sonra getməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün sürpriz idi:
"Rusiya Prezidenti Vladimir Putin Ankaradadır. Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi. Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Tayyib Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə prezidentinin Suriya Prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək".
Politoloq vurğulayıb ki, Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı, hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir:
“Əgər Əsəd tərslik göstərsə, Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org